Bank Of Baku

Bu gün azərbaycanlı zəvvarları aparan daha iki təyyarə Səudiyyə Ərəbistanına yola salınacaq

Bu gün azərbaycanlı zəvvarları aparan daha iki təyyarə Səudiyyə Ərəbistanına yola salınacaq
# 10 dekabr 2007 13:01 (UTC +04:00)
Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan daha iki təyyarə Səudiyyə Ərəbistanı Krallığına yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumata görə, zəvvarlar səhər-axşam olmaqla hər gün iki təyyarə reysi ilə müqəddəs torpaqlara göndərilir. Növbəti reyslər dekabrın 11-də və 12-də həyata keçiriləcək. M. Payızov bildirib ki, zəvvarları aparan birinci avtobus karvanı artıq Mədinə şəhərindədir. İkinci avtobus karvanı isə Suriya ərazisindədir. M. Payızov azərbaycanlı zəvvarların səhhətinin normal olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR