Bank Of Baku

Azərbaycanlı zəvvarlar dekabrın 13-də ehram bağlayacaq

Azərbaycanlı zəvvarlar dekabrın 13-də ehram bağlayacaq
# 11 dekabr 2007 11:15 (UTC +04:00)
Dekabrın 12-də azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan daha iki təyyarə reysi Bakı-Ciddə marşrutu üzrə Səudiyyə Ərəbistanı Krallığına yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumata görə, zəvvarların sonuncu qrupu dekabrın 13-də həyata keçiriləcək iki təyyarə reysi ilə göndəriləcək. Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanının qrup rəhbərlərindən olan Hacı Qəni Axundov isə APA-ya açıqlamasında hazırda Mədinə şəhərində olduqlarını, dekabrın 13-də bu şəhərdən Məkkəyə yola düşəcəklərini və ehram bağlayacaqlarını bildirib. Qrup rəhbəri həmçinin zəvvarların oteldə yerləşdirilməsi sahəsində problemlər yaranması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını söyləyib: “Bu il zəvvarlara ötən ildəkindən daha yüksək səviyyədə şərait yaradılıb” Q. Axundov ikinci avtobus karvanının da bu gün Mədinəyə yetişəcəyini deyib. Qrup rəhbəri azərbaycanlı zəvvarların səhhətinin normal olduğunu və onların ziyarət səfərinin uğurla davam etdiyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR