Bank Of Baku

Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan sonuncu təyyarə Səudiyyə Ərəbistanına yola salınıb

Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan sonuncu təyyarə Səudiyyə Ərəbistanına yola salınıb
# 12 dekabr 2007 14:34 (UTC +04:00)
Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan sonuncu təyyarə Bakı-Ciddə marşrutu üzrə Səudiyyə Ərəbistanı Krallığına yola salınıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumata görə, zəvvarların sonuncu qrupu bu gün Həccə göndərilib. Azərbaycanlı zəvvarları aparan birinci avtobus karvanının qrup rəhbərlərindən olan Hacı Qəni Axundov isə APA-ya açıqlamasında hazırda Mədinə şəhərində olduqlarını, sabah bu şəhərdən Məkkəyə yola düşəcəklərini və ehram bağlayacaqlarını bildirib. Q. Axundov ikinci avtobus karvanının da artıq Mədinəyə çatdığını və azərbaycanlı zəvvarların səhhətinin normal olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR