Bank Of Baku

Azərbaycanlı zəvvarlar sabah Ərəfat dağına çıxacaq

Azərbaycanlı zəvvarlar sabah Ərəfat dağına çıxacaq
# 17 dekabr 2007 14:37 (UTC +04:00)
Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar dekabrın 18-də Ərəfat dağına yollanacaqlar. Bu barədə APA-ya azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanının qrup rəhbərlərindən olan Hacı Qəni Axundov məlumat verib. Onun sözlərinə görə, sabah Ərəfat dağına gedəcək zəvvarlar bir gün burada qaldıqdan sonra Müzdəlfihə gələrək İsmayıl qurbanı kəsəcək və şeytanı daşlayacaqlar. Qrup rəhbəri hazırda Məkkə şəhərində olan azərbaycanlı zəvvarların hamısının səhhətinin normal olduğunu və dini ritualları vaxtında yerinə yetirdiklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR