Bank Of Baku

“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” kitabının təqdimatı olub

“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” kitabının təqdimatı olub
# 18 dekabr 2007 09:00 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, DQİDK sədri Hidayət Orucov kitabın Azərbaycan, ingilis və rus dillərində nəşr olunduğunu bildirib. Komitə sədri qeyd edib ki, kitab bu il aprelin 3-4-də “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın materialları əsasında hazırlanıb. Konfransda səslənən məruzələr və qəbul edilən sənədlər kitaba daxil edilib. Kitab dindarlar, müəllimlər, tələbələr, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR