Bank Of Baku

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 19 dekabr 2007 09:06 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyx təbrikində bildirib ki, bəşər nəslinin Yaradanına hədsiz məhəbbət və təqvasının təzahürü olan Qurban bayramı özünün yüksək fəziləti, fövqəl əhəmiyyəti, dərin məram və kəraməti ilə şükür-sənanı tərənnüm edir: “İnsanların ən ülvi hisslərinin təcəssümü olan bu məqam sədaqət, vəfa, iman kamilliyinin nümayişi olub, Xaliqin öz bəndələrinə lütf və mərhəmətinin ən yüksək nümunəsidir. Uca Allahın qüdrət və əzəmətinə dəlalət edən bu mübarək bayramın təlqin etdiyi müqəddəs hisslərin fövqündə hər birinizə Pərvərdigarın şəfaətinə şükr-səna etməyi və müqəddəs dinimizin yüksək dəyərlərinə layiq olmaq səadətini diləyirəm”.
A. Paşazadə təbrik məktubunda Ulu Yaradandan hamıya əmin-amanlıq və xeyir-bərəkət arzulayır, xalqımızı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır: “Şeyxülislam olaraq bu əziz gündə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçün dualar edirəm. Qurban bayramının dərin fəzilətlərinə vaqif olanların bu mübarək bayram sevincini yaşaması, qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da bu mübarək bayramın sevincini yaşamaq, onu hamı ilə birgə könül xoşluğu və sevinclə keçirmək imkanı yaratması Allaha xoş savab əməllərdəndir. Allah bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin! Amin!” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR