Bank Of Baku

Bakıdan piyada Səudiyyə Ərəbistanına yollanan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü Məkkəyə çatıb

Bakıdan piyada Səudiyyə Ərəbistanına yollanan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü Məkkəyə çatıb
# 19 dekabr 2007 14:04 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihəsi çərçivəsində Bakıdan piyada müqəddəs torpaqlara yollanan Şahid Qurbanov artıq Məkkəyə çatıb və dini ayinləri yerinə yetirir. AVMVB mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, Ş. Qurbanovun səhhəti normaldır və yolboyu qarşılaşdığı problemlərin həllində ona yerli əhali yardım edib. B. Əliyev bildirib ki, Ş. Qurbanov əvvəlcədən qərarlaşdırıldığı kimi, Azərbaycana piyada qayıdacaq.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Şahid Qurbanov və Sahib Kazımovun İran, Türkiyə, Suriya, İordaniya və Küveyti keçməklə ümumilikdə 9,2 min kilometr məsafə qət edərək Məkkədə Kəbə evini ziyarət etmələri nəzərdə tutulsa da, S. Kazımov geri dönmək məcburiyyətində qalıb. Səudiyyə Ərəbistanı hökuməti ona viza verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR