Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib
# 19 dekabr 2007 14:28 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Dersini qəbul edib. Dövlət komitəsindən APA-ya verilən məlumata görə, görüşdə H. Orucov səfirə Azərbaycandakı dini durumla bağlı ətraflı məlumat verib, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu vurğulayıb. Komitə sədri Azərbaycandakı uzun əsrlərdən bəri mövcud olan tolerantlıq mühitinin bütün dünya üçün nümunə sayıldığını deyib. H. Orucov Azərbaycanda vətəndaşların dini etiqad azadlığı təmin olunduğunu da bildirib. Səfir Ann Dersi Azərbaycanın dünya miqyasında dini tolerantlığa malik unikal dövlət olduğunu və bu faktın Azərbaycanın böyük uğuru sayıldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR