Bank Of Baku

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan birinin səhhətində problem yaranıb

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan birinin səhhətində problem yaranıb
# 22 dekabr 2007 08:47 (UTC +04:00)
Bu barədə APA-ya azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanının qrup rəhbərlərindən olan Hacı Qəni Axundov məlumat verib. Onun sözlərinə görə, bu gün saat 14:00-da birinci karvana daxil olan 29 avtobus Məkkədən ayrılacaq. Q. Axundov bu gün axşam saatlarında ikinci karvana daxil olan 37 avtobusun da Məkkədən çıxacağını deyib. Qrup rəhbəri təyyarə ilə Həccə gedən zəvvarların Məkkədən Mədinəyə gedəcəklərini, burada bir neçə gün qaldıqdan sonra Bakıya uçacaqlarını söyləyib. Q. Axundov həmçinin yaşlı zəvvarlardan bir nəfərin səhhətində problem yarandığını, hazırda həmin şəxsin həkim nəzarətində olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR