Bank Of Baku

DEVAMM “Təhsil haqqında” qanun layihəsi ilə bağlı müraciət qəbul edib

DEVAMM “Təhsil haqqında” qanun layihəsi ilə bağlı müraciət qəbul edib
# 25 dekabr 2007 08:17 (UTC +04:00)
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) “Təhsil haqqında” qanun layihəsi ilə bağlı ölkə rəhbərliyinə, Milli Məclisə, əlaqədar dövlət qurumlarına, icimaiyyətə müraciət edib. Bu barədə APA-ya DEVAMM-ın mətbuat xidmətindən bildirilib. Müraciətdə bildirilib ki, qanun layihəsinin 11.1.8 bəndi (“Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsi alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir”) insan haqlarına qarşı yönəlib. DEVAMM bü müddəanın ölkə Konstitusiyasının dini etiqad azadlığını təmin edən prinsiplərinə zidd olduğunu bəyan edib: “Ölkə rəhbərliyindən, Milli Məclisdən bu müddəanın qanun layihəsindən çıxarılmasını, inanclı insanların hüquqlarının qorunmasını xahiş edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR