Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə II İlyanın patriarx seçilməsinin ildönümü münasibətilə Tiflisdə keçirilən mərasimdə iştirak edib

Şeyxülislam Allahşükür Paşazadə II İlyanın patriarx seçilməsinin ildönümü münasibətilə Tiflisdə keçirilən mərasimdə iştirak edib
# 25 dekabr 2007 10:29 (UTC +04:00)
Bu gün Gürcüstan pravoslav kilsəsinin rəhbəri II İlyanın patriarx seçilməsinin 30-cu ildönümüdür. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu münasibətlə Tiflisdəki kilsələrin birində xüsusi mərasim keçirilib. Mərasimdə prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadze, keçmiş prezident Eduard Şevardnadze, prezidentliyə namizədlər Levan Qaçeçiladze və Şalva Natelaşvili, eləcə də bir sıra xarici qonaqlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəisi, şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. II İlya xalqa müraciətində onları sevgi, təmkin və əfv duyğularına sadiq qalmağa çağırıb: “Xalq rahat nəfəs almalı və sabahkı gündən qorxmamalıdır. Ölkəyə başçılıq edən lider vədlərini yerinə yetirməlidir”. Dini rəhbər bildirib ki, bütün inanclı insanlar köhnə umu-küsüləri unutmalı və başqalarının səhvlərini bağışlamalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR