Bank Of Baku

“Mədəniyyət və Din” mövzusunda seminar keçiriləcək

“Mədəniyyət və Din” mövzusunda seminar keçiriləcək
# 25 dekabr 2007 15:08 (UTC +04:00)
Dekabrın 28-də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə “Mədəniyyət və Din” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Bu barədə APA-ya “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov məlumat verib. Akademik Maqsud Əliyevin də qatılacağı seminarda fəlsəfə elmləri doktoru Rafiq Əliyev “Azərbaycanda ruhi mədəniyyət və din”, Fuad Məmmədov isə “Mədəniyyət və din dünya sivilizasiyası çərçivəsində” mövzusunda çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR