Bank Of Baku

Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması ilə bağlı dövlət tərəfindən işlər görülür

Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması ilə bağlı dövlət tərəfindən işlər görülür
# 28 dekabr 2007 11:46 (UTC +04:00)
Erməni zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması ilə bağlı dövlət tərəfindən işlər görülür. APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib: “Belə bir zabitin başqa ölkənin həbsxanasında cəza çəkməsi ağrılıdır. Amma o, törətdiyi əmələ görə müttəhimlər kürsüsündə dayanmalı idi. Biz arzu edirik ki, Ramil Səfərov Azərbaycana ekstradisiya olunsun və cəzasını burada çəksin. İnanırıq ki, bununla bağlı dövlət tərəfindən görülən işlər bəhrəsini verəcək”.
Qeyd edək ki, Ramil Səfərov erməni zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR