Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması münasibəti ilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması münasibəti ilə fətva verib
# 08 yanvar 2008 12:33 (UTC +04:00)
Məhərrəm İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəmin 10-cu günündə İmam Hüseyn əleyhissəlamın şəhadətə yetişdiyi ay kimi daxil olub: “Bu il Aşura yanvarın 19-na düşür. Bu isə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin anıldığı günlərə təsadüf edir və biz bu günlərdə Kərbəla şahidləri ilə birgə 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsini də yad edəcəyik. Təziyə günləri münasibətilə bütün dindarlar əzadarlıq edir, onlara Allah-təaladan məğfirət diləyir. Bildiririk ki, Aşura mərasimləri yalnız məscidlərdə, ibadət ocaqlarında imanın şəninə layiq şəkildə, ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məscidləri qurulmalı, xütbələr oxunmalıdır. Bu matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlıların mərasimlərdə iştirakı məqbul sayılmır. Əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”. QMİ həmçinin son illər Aşura günündə qanvermə aksiyasının keçirilməsinin örnək olacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR