Bank Of Baku

Hidayət Orucov: “Müəyyən siyasi qüvvələrin Azərbaycanda keçiriləcək prezident seçkilərində din amilindən geniş istifadə edə biləcəyinə inanmıram”

Hidayət Orucov: “Müəyyən siyasi qüvvələrin Azərbaycanda keçiriləcək prezident seçkilərində din amilindən geniş istifadə edə biləcəyinə inanmıram”
# 09 yanvar 2008 14:45 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri əhalinin dindar təbəqəsinin siyasi proseslərdə fəal iştirakının təmin olunması və onlardan potensial qüvvə kimi istifadə edilməsi məqsədi daşıyan belə siyasətin dini baxımdan qeyri-sabit, müxtəlif din və təriqətlər arasında qarşılıqlı anlaşmanın, birliyin hökm sürmədiyi ölkələrdə təsirli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan dini baxımdan kifayət qədər sabit ölkədir, konfessiyalar arasında qarşılıqlı anlaşma və birlik hökm sürür: “Azərbaycan hökuməti bu birliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin və vətəndaşların vicdan azadlığının qorunması, eləcə də tarixi-dini abidələrimizin bərpası və yenidən qurulması istiqamətində bütün lazımi tədbirləri həyata keçirir”. Hazırda Azərbaycanda dini durumun sabit və normal olduğunu xüsusi vurğulayan H. Orucov bu sahədə bəzi neqativ halların da mövcud olduğunu diqqətə çatdırıb: “Təəssüf ki, ölkədə yaranmış sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar da var. Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməyən bu qrupların əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar din pərdəsi altında gizlənmiş şəxslərdir. Ötən il həm də onların zərərsizləşdirilməsi istiqamətində atılmış addımlarla yadda qaldı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR