Bank Of Baku

Bu gün Məhərrəm ayı başlayır

Bu gün Məhərrəm ayı başlayır
# 10 yanvar 2008 09:44 (UTC +04:00)
Bu gündən Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir. Məhərrəm İslam tarixində döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura mərasiminin təsadüf etdiyi aydır. Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhissəlamın şəhadətə yetişdiyi gün sayılır. Məlumata görə, bu il Aşura yanvarın 19-na düşür. Həmin gün QMİ-nin təşkilatçılığı ilə qanvermə aksiyasının keçiriləcəyi gözlənilir. İmamların qırx mərasimi fevralın 27-də keçiriləcək, səfər ayı isə martın 8-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR