Bank Of Baku

Bakıdan Məkkəyə piyada gedən azərbaycanlı geri qayıdıb

Bakıdan Məkkəyə piyada gedən azərbaycanlı geri qayıdıb
# 10 yanvar 2008 14:57 (UTC +04:00)
“İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) üzvü Şahid Qurbanov Azərbaycana qayıdıb. Ş. Qurbanov APA-ya açıqlamasında bildirib ki, ötən il dekabrın 12-də Məkkəyə çatıb, həmin ayın 26-da isə Mədinədən avtobusla digər zəvvarlarla birlikdə Azərbaycana yola düşüb. Azərbaycana piyada qayıtmaq niyyətində olduğunu deyən Ş. Qurbanovun sözlərinə görə, buna Səudiyyə Ərəbistanı hökuməti imkan verməyib. Ona İordaniyada bu ölkənin rəhbəri Kral Abdullah adından orden təqdim olunub: “Bu orden İslam dininin təbliğindəki fəaliyyətimə görə verildi. Təqdimat mərasimində Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı da iştirak edirdi”. Ş. Qurbanov yol boyu qarşılaşdığı problemlərin aradan qaldırılması üçün ona yerli əhalinin yardım etdiyini söyləyib.
Qeyd edək ki, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək Məkkəyə piyada getmək niyyətində olan Şahid Qurbanov və Sahib Kazımov Bakıdan ötən il sentyabrın 21-də çıxıblar. Ancaq viza ilə bağlı problemi yaranan Sahib Kazımov geri dönmək məcburiyyətində qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR