Bank Of Baku

İçərişəhər “Cümə” Məscidi Dini İcmasının təşəbbüsü ilə qanvermə mərasimi keçirəcək

İçərişəhər “Cümə” Məscidi Dini İcmasının təşəbbüsü ilə qanvermə mərasimi keçirəcək
# 14 yanvar 2008 15:40 (UTC +04:00)
İçərişəhər “Cümə” Məscidi Dini İcmasının təşəbbüsü ilə Məhərrəm ayının başlanması münasibətilə yanvarın 15-də qanvermə mərasimi keçirəcək. İcmadan APA-ya verilən məlumata görə, toplanan qan talassemiyalı xəstələr üçün nəzərdə tutulub. Qanvermə aksiyası Respublika Qanköçürmə İnstitutunda keçiriləcək.
Qeyd edək ki, İçərişəhər “Cümə” Məscidinin Dini İcması 2000-ci ildən etibarən Məhərrəm ayının başlanması münasibətilə qanvermə aksiyası keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR