Bank Of Baku

Polşa prezidentinin Bakı katolik kilsəsinə hədiyyə etdiyi kilsə zəngləri Azərbaycana gələn həftə gətiriləcək

Polşa prezidentinin Bakı katolik kilsəsinə hədiyyə etdiyi kilsə zəngləri Azərbaycana gələn həftə gətiriləcək
# 18 yanvar 2008 12:22 (UTC +04:00)
Yanvarın 22-də Polşadan Bakıya 3 kilsə zəngi gətiriləcək. Kilsə zəngləri Bakıda inşa edilmiş “Müqəddəs Məryəm” katolik kilsəsində quraşdırılacaq. Bakı katolik kilsəsinin rəhbəri Yan Çaplanın APA-ya verdiyi məlumata görə, zəngləri kilsəyə Polşa prezidenti Lex Kaçinski hədiyyə edib: “Prezident Lex Kaçinski Bakıda rəsmi səfərdə olarkən bizim kilsəyə gəlmişdi və hədiyyələr gətirmişdi. Həmin vaxt prezident kilsə zənglərini hədiyyə edəcəyinə də söz vermişdi”.
Qeyd edək ki, “Müqəddəs Məryəm” kilsəsinin qeyri-rəsmi açılışı keçən ilin aprelində olub. Kilsənin bu ilin yanvarında keçirilməsi planlaşdırılan rəsmi açılışı isə tədbirdə iştirakı gözlənilən Vatikanın dövlət katibi Tarçizio Bertonenin iş qrafikinin gərgin olması ilə əlaqədar təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR