Bank Of Baku

Azərbaycanda Aşura günü qeyd olunur

Azərbaycanda Aşura günü qeyd olunur
# 19 yanvar 2008 10:09 (UTC +04:00)
Həmin hadisədən min ildən artıq vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib, Allaha xətir nəzir verir və ehsan paylayır. Bu gün də İmam Hüseyn və onun tərəfdarları olan 71 müsəlman Azərbaycanın bütün məscidlərində anılıb, bununla bağlı mərasimlər keçirilib. Kərbəla şəhidlərinin düşdüyü vəziyyəti xatırladan kiçik səhnəciklər - Şəbihlər qurulub. Qeyd edək ki, 1366 il əvvəl İmam Əlinin oğlu İmam Hüseyn və onun 71 tərəfdarı Kərbala düzündə Yezid ibn Müaviyənin ordusu ilə döyüşə çıxıb. Nəticədə İmam Hüseyn və tərəfdarları şəhid olub. O vaxtdan indiyədək həmin gün, Məhərrəm ayının 10-u Aşura mərasimi qeyd olunur və 40 gün yas saxlanır. İmam Hüseynin 40 mərasimi fevralın 27-nə təsadüf edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR