Bank Of Baku

Azərbaycan məscidlərində Aşura münasibətilə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib

Azərbaycan məscidlərində Aşura münasibətilə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib
# 19 yanvar 2008 10:22 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkənin məscidlərində minlərlə müsəlman bu aksiyada könüllü olaraq iştirak edib. Təkcə, “Əjdərbəy” Məscidində (Göy Məscid) 100-dən artıq müsəlman qan verib. Analoji aksiya “Təzə pir”, “Göy məscid”, “Hacı Sultanəli”, İçərişəhərdəki “Cümə” məscidlərində və Mir Möhsüm Ağa ziyarətgahında təşkil olunub. Şeyxülislam Hacı Allahşükür Paşazadə və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR