Bank Of Baku

Şeyx: “Aşura günündə Azərbaycanda keçirilən qanvermə aksiyasını digər müsəlman ölkələrində də təbliğ etmək olar”

Şeyx: “Aşura günündə Azərbaycanda keçirilən qanvermə aksiyasını digər müsəlman ölkələrində də təbliğ etmək olar”
# 19 yanvar 2008 11:33 (UTC +04:00)
O, qanvermə mərasimlərinin keçirilməsi üçün gələcəkdə Azərbaycanda daha yaxşı şəraitin yaradılacağını da deyib: “Hesab edirəm ki, könüllü şəkildə hamı qanvermə aksiyasına qoşulacaq. İndi məscidlərdə təmir-bərpa işləri gedir. Bu işlər tamamlandıqdan sonra məscidlərdə qanvermə aksiyalarını keçirmək üçün xüsusi yerlər ayrılacaq. Səhiyyə Nazirliyi ilə birgə bu məsələni həyata keçirməyi nəzərdə tuturuq. İstərdim ki, qanvermə aksiyası təkcə Aşura genləri deyil, adi vaxtlarda da həyata keçirilsin. Bunun üçün də müvafiq işlər görüləcək. Yəqin ki, gələn ildən bunu Azərbaycanın bütün məscidlərdə edə biləcəyik”. Azərbaycanın günü-gündən inkişaf etdiyini deyən QMİ-nin sədri ruhanilərin bu prosesdən kənarda qalmayacağına ümid etdiyini bildirib: “Azərbaycanda həm mənəvi, həm də iqtisadi sahədə islahatlar gedir. İstərdik ki, ruhanilərimiz İslamın özülü qalmaqla yanaşı, bugünkü həyatla ayaqlaşsınlar. Bu ruhanilərin həm geyimində, həm rəftarında, həm də biliyində özünü göstərməlidir. Bu yaxınlarda ruhanilərlə keçirilən görüşdə onlara belə bir tapşırıq verdim. Peyğəmbərimiz də həmişə təmiz, səliqəli geyinərdi. Din xadimlərimiz də ictimaiyyətin qarşısında olduqları üçün hər məsələ yüksək səviyyədə olmalıdır. Biz bu xalqın bir parçasıyıq və bunsuz yaşaya bilmərik. Allaha şükür, İslam bu imkanı müsəlmanlar üçün yaradıb”. A. Paşazadə Azərbaycanın bəzi yerlərində köhnə adətlərin qaldığını da təsdiq edib: “Aşura ilə bağlı Azərbaycanın bəzi yerlərində köhnə adətlər qalıb. 10-15 il müddətinə hər şeyi dəyişmək olmaz. İllər keçdikcə, bütün neqativ vərdişlər aradan qalxacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR