Bank Of Baku

Aşura günü ilə əlaqədar minlərlə insan İmamzadə Ziyarət kompleksini ziyarət edib

Aşura günü ilə əlaqədar minlərlə insan İmamzadə Ziyarət kompleksini ziyarət edib
# 20 yanvar 2008 09:36 (UTC +04:00)
Aşura günü Gəncədə kütləvi şəkildə qeyd olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin və ətraf rayonların sakinləri Gəncə yaxınlığında yerləşən İmamzadə Ziyarətgahına gələrək, Məhəmməd Peyğəmbərin nəslindən olduğu ehtimal edilən Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Ziyarətgaha gələnlərin axını bir gün öncə - yanvarın 18-dən başlayıb. Ziyarətgahda minlərlə zəvvarın gediş-gəlişini tənzimləmək üçün Gəncə Şəhər Polis İdarəsi gücləndirilmiş iş rejimində işləyib. İmamzadə Ziyarətgahına gələn zəvvarlar üçün kompleksin həyətində ayrı-ayrı şəxslər tərəfindən çay və ehsan süfrələri açılıb. Aşura günü ilə əlaqədar olaraq Gəncə Bölgə Qanköçürmə Mərkəzində və İmamzadə Ziyarətgahının həyətində təcili tibbi yardım maşınlarında qanvermə aksiyası keçirilib. Bununla yanaşı, cismə xəsarət yetirmənin günah olduğu nə qədərdə təbliğ olunsa da, Aşura günü İmamzadə Ziyarətgah Kompleksində zəncir vuranların, sinə döyənlərin sayında nəzərə çarpacaq qədər azalma müşahidə olunmayıb. Havaların ötən illərə nisbətən soyuq olmasına baxmayaraq, İmamzadə Ziyarətgahına gələn zəvvarların sayında da azalma olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR