Bank Of Baku

Dini ədəbiyyatın qeyri-qanuni yollarla nəşrinin və yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlanıb

Dini ədəbiyyatın qeyri-qanuni yollarla nəşrinin və yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlanıb
# 23 yanvar 2008 13:33 (UTC +04:00)
Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi (AMHA) 2008-ci ildə dini ədəbiyyatın qeyri-qanuni yollarla nəşr olunması və yayılmasının qarşısının alınması ilə bağlı birgə tədbirlər planının layihəsi hazırlanıb. Bu barədə APA-ya AMHA-nın informasiya sektorunun rəhbəri Anar Hüseynov bildirib ki, ilk növbədə dini ədəbiyyatın nəşri sahəsində mövcud neqativ halların öyrənilməsi və aradan qaldırılması məqsədilə monitorinqlərin aparılması nəzərdə tutulub. Tədbirlər planında dini ədəbiyyat nümunələrinin pirat yolla nəşrinin qarşısının alınması, bu sahədə maarifləndirmə işinin aparılması, dini ədəbiyyat nəşrinin dövlət standartlarına cavab verməsinin təşkil olunması kimi məsələlər yer alıb. Nazirlər Kabinetinə təqdim olunan layihənin yaxın günlərdə təsdiq ediləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR