Bank Of Baku

“Cümə” məscidi dini icmasınının imamı: “Türkiyədə təhsil müəssisələrində hicaba qoyulan qadağanın ləğv edilməsi ictimai böhrandan minimum itki ilə çıxmağın nümunəsidir”

“Cümə” məscidi dini icmasınının imamı: “Türkiyədə təhsil müəssisələrində hicaba qoyulan qadağanın ləğv edilməsi ictimai böhrandan minimum itki ilə çıxmağın nümunəsidir”
# 25 yanvar 2008 08:36 (UTC +04:00)
“Türkiyənin təhsil müəssisələrində hicab geyilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qəbul olunan qərar müasir dünyada ictimai böhrandan minimum itki ilə çıxmağın bir nümunəsi hesab edilə bilər. Bu, Türkiyənin həm milli-mənəvi dəyərlər, həm də demokratikləşmə baxımından irəliləməsidir və Türkiyə insanının qələbəsidir”. Bunu APA-ya İçərişəhər “Cümə” məscidi dini icmasınının imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirib. İ. İbrahimoğlu Ərdoğan hakimiyyətinin Türkiyənin üzvü olmağa hazırlaşdığı Avropa Birliyinin tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarının şəxsi hüquq və azadlıqlarını təmin etmək üçün Konstitusiyaya düzəlişlər etməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, bir neçə ay əvvəl Tunisdə də ictimai yerlərdə hicablı görünməni qadağan edən qanunun ləğv olunması ilə bağlı analoji qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR