Bank Of Baku

Azərbaycanda dini mövzuda yazan jurnalistlər üçün seminar keçirilib

Azərbaycanda dini mövzuda yazan jurnalistlər üçün seminar keçirilib
# 30 yanvar 2008 11:04 (UTC +04:00)
Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dini mövzuda yazan jurnalistlər üçün seminar keçirilib. APA-nın məlumatına görə, komitə sədri Hidayət Orucov çıxış edərək dinin həssas sahə olduğunu söyləyib. Onun sözlərinə görə, son vaxtlar mətbuatda dini mövzuda yazıların sayı artıb. Komitənin bu yazıları diqqətdə saxladığını deyən H. Orucov materialların bəzilərində qeyr-peşəkarlığın hiss olunduğunu qeyd edib: “Jurnalistlərin maarifləndirilməsi, peşəkarlığının artırılması məqsədi ilə seminar keçirmək qərarına gəlmişik. Hesablamalara görə, ölkə mətbuatında ay ərzində dini mövzuda təxminən 250-300 material çap olunur. Bunların içərisində dini maarifləndirməyə xidmət edən materiallar isə azlıq təşkil edir. Maraqlıdır kİ, Azərbaycanda dini mövzuya çox müraciət olunur. Bəzən mətbuatda mövhumatı, xurafatı, dini dözümsüzlüyü təbliğ edən, dinlərin həqiqi mahiyyətini təhrif edən materiallara yer verilir. Bunun bir səbəbi də həmin materialların qeyri-peşəkarlar tərəfindən hazırlanmasıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR