Bank Of Baku

Komitə sədri: “Azərbaycanda bəzi dini qurumlar dövlətin konstitusion quruluşuna qarşı itaətsizlik göstərilməsinə və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edir”

Komitə sədri: “Azərbaycanda bəzi dini qurumlar dövlətin konstitusion quruluşuna qarşı itaətsizlik göstərilməsinə və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edir”
# 30 yanvar 2008 11:10 (UTC +04:00)
Komitə sədri deyib ki, dindən siyasi məqsədlər üçün istifadə heç bir ölkəyə və cəmiyyətə uğur gətirməyib. Belə ölkələrdə ictimai-siyasi sabitlik və vətəndaş sülhü pozulub: “Azərbaycanda dövlət səviyyəsində insan hüquq və azadlıqlarının bərqərar olmasına, insanların əqidə seçməsinə, milli-mənəvi dəyələrin qorunmasına böyük əhəmiyyət verilir. Dinin dövlətdən ayrı olması sosial-ideoloji maliyyət daşıyır. Bəzi dini icmalar “Din dövlətdən ayrıdır” maddəsini səhv başa düşür. Hesab edilir ki, bu, dövlətin heç bir halda dini qurumların işinə müdaxilə etməməsi deməkdir. Bu isə yanlışdır. Bəzi dini təşkilatlar “Dinə etiqad azadlığı haqqında” qanunun müddəalarını pozaraq, dini dözümsüzlük təbliğ edir. Həmin qurumlar dövlətin konstitusion quruluşuna qarşı itaətsizlik göstərilməsinə və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edir”. Komitə sədrinin sözlərinə görə, dövlət komitəsi ilə dini qurumlar arasında qarşılıqlı anlaşma münasibətləri qurulmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR