Bank Of Baku

Komitə sədri: “Azərbaycana gətirilən bütün dini əşya və ədəbiyyatlar ekspertizadan keçirilir”

Komitə sədri: “Azərbaycana gətirilən bütün dini əşya və ədəbiyyatlar ekspertizadan keçirilir”
# 30 yanvar 2008 16:20 (UTC +04:00)
“Azərbaycana gətirilən bütün dini əşya və ədəbiyyatlar ekspertizadan keçirilir. Ekspertizanın aparılması üçün Dini Qurumlar İş üzrə Dövlət Komitəsində xüsusi şöbə fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Komitə sədri deyib ki, həmin şöbənin əməkdaşları dini əşya və ədəbiyyatlara rəy verir. H. Orucov şöbənin rəyindən narazı qalan tərəflərin məhkəməyə müraciət edə biləcəyini bildirib. O, hazırda Azərbaycanda müəyyən sayda zərərli kitabın olduğunu da deyib: “Onlar ölkəyə qaçaqmalçılıq və digər yollarla gətirilir. Biz zərərli kitabların istifadəsinin qarşının almaq üçün kitabxanalara və kitab mağazalarına baxış keçiririk. Belə kitabları adətən, pulsuz paylayırlar. Bu kitablar Azərbaycana həm qərb, həm də müsəlmanlar ölkələrindən gətirilir”. Komitə sədri son bir ildə Dövlət Komitəsinin rəyi olmadan heç bir zərərli kitabın çap olunmadığını deyib. H. Orucov bu məsələni müzakirə etmək üçün yaxın vaxtlarda Dövlət Komitəsində naşirlərlə görüş keçiriləcəyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR