Bank Of Baku

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 04 fevral 2008 13:37 (UTC +04:00)
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, DQİDK-nin sədri Hidayət Orucov ötən bir il bölgələrdə dini qurumda gedən proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyini deyib. Komitə sədri respublikanın bütün şəhər və rayon icra hakimiyyəti başçıları yanında dini işlər üzrə komissiyaların tamamilə yenidən formalaşdırıldığını, onların mobil qurum kimi aktiv fəaliyyətə başladığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR