Bank Of Baku

Azərbaycanın Xanlar rayonunda Lüteran kilsəsinin açılış mərasimi keçirilib

Azərbaycanın Xanlar rayonunda Lüteran kilsəsinin açılış mərasimi keçirilib
# 06 fevral 2008 08:41 (UTC +04:00)
Kilsə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təmir edilib. Təmir üçün 250000 avro xərclənib. Mərasimdə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina, Xanlar Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, millət vəkilləri Rövşən Rzayev, Məlahət Həsənova, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri və digər şəxslər iştirak edib. Arif Seyidov çıxışında kilsənin almanlar tərəfindən tikildiyini, hazırda tarixi abidə kimi qorunduğunu deyib. Səfir Perr Stankina iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib: “Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Burada bir neçə millət yaşayır. Azərbaycanda iki əsr əvvəl almanlar da yaşayıb ki, hazırda açılışına toplaşdığımız kilsə bunun bariz nümunəsidir”. Tədbirin sonunda Almaniyadan gələn “Averanq” orkestrinin konserti olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR