Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Şəkidə seminar keçirib

Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Şəkidə seminar keçirib
# 11 fevral 2008 14:38 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) Şəkidə seminar keçirib. Şəki rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, seminarın keçirilməsinin məqsədi qeyri-ənənəvi radikal təriqətlərin rayonda yayılmasının qarşısını almaqdır. Rayon dindarlarının və ictimaiyyətin nümayəndələrinin də qatıldığı seminarda çıxış edən DQİDK-nin şimal-qərb bölgəsi üzrə nümayəndəsi Nizami Məmmədov bölgədəki dini durumla bağlı tədbir iştirakçılarına məlumat verib. Son vaxtlar bölgələrdə radikal qruplaşmaların fəaliyyətinin azaldığını söyləyən N. Məmmədov bunun səbəbinin dövlət səviyyəsində aparılan güclü təbliğat olduğunu söyləyib. O, həmçinin son vaxtlar bölgələrdə fəaliyyət göstərən “vəhhabi” və “nurçu”ların klublara və kitabxanalara üz tutduğunu vurğulayıb: “Biz bilirik ki, radikal dini təriqətlərin üzvləri kitabxanalara yardım adı altında dini kitablar paylayırlar. Onlar bir-birləri ilə kitabxanalarda görüşərək diskussiya aparırlar”. N. Məmmədov seminarda iştirak edən kitabxana rəhbərlərinə xəbərdarlıq edərək onları bu məsələlərdə diqqətli olmağa çağırıb və belə hallara təsadüf etdikləri zaman dərhal aidiyyəti orqanlara müraciət etmələrini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR