Bank Of Baku

Danimarkada İslam dininin təhqir olunması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən etirazla qarşılanıb

Danimarkada İslam dininin təhqir olunması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən etirazla qarşılanıb
# 18 fevral 2008 14:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Danimarkada İslam dininə edilən təhqirlərlə bağlı etirazını bildirib. QMİ-dən APA-ya daxil olan açıqlamada idarənin bu halı qətiyyən yolverilməz saydığı diqqətə çatdırılıb. QMİ baş verənlərin qurumun diqqətindən heç zaman yayınmadığını və cavabsız qalmadığını xatırladıb: “Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə dünya dini liderlərinin 2006-cı ildə keçirilən toplantısında dövlət başçılarına, dini icmalara və bütün xoşməramlı insanlara qəbul edilən müraciətdə də bu məsələyə xüsusi diqqət yetirilib. Həmin zirvə görüşünün iştirakçılarının müraciətində dini hisslərin təhqir olunmasının, imanlı insanlar üçün müqəddəs olan mətn, rəmz, ad və məkanların ləkələnməsinin qarşısının alınması tələb olunub. Tanınmış din xadimlərinin fikrincə, müqəddəsliklərə təcavüz edən şəxs insanların qəlblərini yanğılı şəkildə zədələyir və onlar arasında nifaq toxumu səpir”. QMİ hesab edir ki, bununla əlaqədar məhz dünyanın xristian dini liderlərinin xüsusi çağırışına ehtiyac var: “Çünki təhqir hallarına əsasən xristian ölkələrində rast gəlinir. Təcrübə göstərir k, bu çağırışlar lazımi effekt vermir. Odur ki, dünya ölkələrində müxtəlif dinlər üçün müqəddəs sayılan mətn, rəmz və şəxsiyyətlərin ləkələnməsi, təhqir olunmasının qarşısının dövlət səviyyəsində alınması üçün xüsusi qanunun işlənib hazırlanması zərurəti gündəmə gəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR