Bank Of Baku

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib - YENİLƏNİB

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 22 fevral 2008 14:44 (UTC +04:00)
APA-nın aksiyanı müşahidə etmiş əməkdaşının məlumatına görə, qəsəbənin İmam Hüseyn meydanında keçirilən mitinqdə çıxış edən qəsəbə sakini Hacı Əli Hüseynov deyib ki, müsəlman dünyasının inkişafı İslam düşmənlərini aqressivləşdirib və onlar Məhəmməd peyğəmbəri təhqir etməklə müsəlmanlardan qisas almağa cəhd ediblər. Onun sözlərinə görə, müsəlmanları parçalamağa və mənfi imic formalaşdırmağa çalışan beynəlxalq sionizm İslam ölkələrində vəhhabiliyi yaradıb, Səddam Hüseyn kimi adamları hakimiyyətə gətirib. Kənd sakini Hacı Əlikram Əliyev peyğəmbəri təhqir edənlərə Azərbaycanda dəstəyin olduğunu söyləyib. O, Azərbaycan müsəlmanlarını İslam düşmənlərinə qarşı mübarizəyə və peyğəmbərin təhqirinə laqeyd olmamağa çağırıb. Qəsəbə sakinləri Məşədi Natiq Kərimov, Hacı Hikmət və digərləri ABŞ, İsrail və bəzi qərb dövlətlərinin əleyhinə şüarlar səsləndiriblər. Aksiyada İranın siyasi xadimləri - Ayətullah Xomeyni və Seyid Əli Xamneyini dəstəkləyən şüarlar səsləndirilib, ABŞ və İsrailin bayraqları, həmçinin ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR