Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Rəcəb Tayyib Ərdoğanı “Şeyxülislam ordeni” ilə təltif edəcək

Şeyxülislam Allahşükür Paşazadə Rəcəb Tayyib Ərdoğanı “Şeyxülislam ordeni” ilə təltif edəcək
# 22 fevral 2008 14:30 (UTC +04:00)
QMİ-dən APA-ya daxil olan məlumata görə, iki ölkə arasında dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə gerçəkləşdirilən səfər zamanı A. Paşazadənin Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, dövlət nazirləri Mustafa Səid Yazıçıoğlu, Mehmet Aydın və tanınmış di xadimləri ilə görüşləri nəzərdə tutulub. QMİ-dən bildirilib ki, idarənin Qazılar və Elmi-Dini şuraları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı türkçülüyün dünya birliyinə uğurla inteqrasiyası yönündə ardıcıl fəaliyyətinə, milli-mənəvi dəyərlərin qorunması, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlığın daha da möhkəmləndirilməsi işində göstərdiyi böyük xidmətlərinə görə “Şeyxülislam ordeni” ilə təltif olunması haqqında qərar çıxarıb. Səfər zamanı, həmçinin orden baş nazirə təntənəli şəkildə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR