Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib
# 29 fevral 2008 11:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Paşazadə bildirib ki, səfər zamanı Türkiyə prezidenti Abdulla Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, Diyanət İşləri başqanı Əli Bardakoğlu və digər rəsmi şəxslərlə görüşüb. Onun sözlərinə görə, Türkiyə hökumətinin başçısı Azərbaycanın dini liderinin Türkiyəyə səfərindən məmnun olduğunu bildirib, din xadimlərinin xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib. A. Paşazadə R. T. Ərdoğana “Şeyxülislam ordeni”ni təqdim edib. Şeyx Diyanət İşləri başkanı Əli Bardakoğlu ilə görüşündə Avrasiya Dini Şurası çərçivəsində əməkdaşlıq, dindarların qarşılıqlı səfərləri ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib. QMİ sədri Avrasiya Dini Şurasında işlərin təşkil olunmasında şeyxülislam kimi 30 illik zəngin təcrübəsinin yüksək dəyərləndirildiyini, bu təcrübədən yararlanmaq zərurətinin vurğulandığını deyib: “Görüş zamanı ölkələrimizin dini tədris müəssisələri arasında tələbə mübadiləsi məsələləri də müzakirə olundu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR