Bank Of Baku

Allahşükür Paşazadə: “Azərbaycanın işğal altındakı torpaqları nəzarətsiz olduğu üçün PKK terrorçuları bu ərazilərdə yerləşdirilə bilər”

Allahşükür Paşazadə: “Azərbaycanın işğal altındakı torpaqları nəzarətsiz olduğu üçün PKK terrorçuları bu ərazilərdə yerləşdirilə bilər”
# 29 fevral 2008 11:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, A. Paşazadə PKK terrorçularının Dağlıq Qarabağda yerləşdirildiyi barədə xəbərləri eşitdiyini deyib və belə fakt varsa, onun qarşısının alınmasının vacibliyini vurğulayıb: “Biz ehtiyatlı olmalıyıq. Azərbaycanın işğal altındakı torpaqları nəzarətsiz əraziyə çevrildiyi üçün PKK terrorçuları bu ərazilərdə yerləşdirilə bilər. Hazırda PKK terrorçuları İrana, İraqın içərilərinə və digər ölkələrə doğru qaçırlar”. Şeyxülislam Türkiyənin dini idarəsinin rəhbəri Əli Bardakoğlu ilə erməni və PKK terroruna qarşı mübarizədə din xadimlərinin daha fəal olmalarının zəruriliyi haqqında söhbət apardığını açıqlayıb. O, Ankaranın Kocatəpə məscidində PKK terrorçuları ilə döyüşlərdə həlak olan türk ordusunun zabitinin cənazə namazında iştirak etdiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR