Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib
# 05 mart 2008 15:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Coan Polaşiki qəbul edib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, görüş zamanı H. Orucov Azərbaycanda ənənəvi milli-dini azlıqlar mühitində tolerantlığın hökm sürdüyünü bildirib. Komitə sədri bütün vətəndaşların dini etiqad azadlığının, hüquqlarının qorunmasının təmin olunduğunu deyib: “Hər bir dini konfessiyanın sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb”. Coan Polaşiki din və dövlət münasibətlərinə, konfessiyalararası əməkdaşlığa toxunaraq, Azərbaycanda bunun çox yüksək səviyyədə qurulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR