Bank Of Baku

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov: “Dini icmaların seçki proseslərinə münasibəti daha təsirli ola bilər”

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov: “Dini icmaların seçki proseslərinə münasibəti daha təsirli ola bilər”
# 07 mart 2008 09:51 (UTC +04:00)
O, seminarın dövlət-din münasibətləri sistemində dindar və seçki münasibətlərinə diqqət yetirmək, mövcud qanunvericiliyi nəzərdən keçirmək, aydınlaşdırılmasına ehtiyac duyulan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə keçirildiyini deyib. Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək seçki hüququ olan bütün vətəndaşlar kimi, inanclı insanların da ölkənin həyatında mühüm əhəmiyyət daşıyan proseslərdə dövlətin maraqlarına xidmət etməklə yaxından iştirak etməli olduqlarını söyləyib: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün vəzifəsindən, mövqeyindən, dinə etiqadından, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşlar bu prosesdə fəal iştirak etməlidir. Dini icmalar da bu sahədə aktivlik nümayiş etdirməlidir. Onların seçki proseslərinə münasibəti daha təsirli ola bilər. Çünki dindar insanlarda, dini icmalarda vahid mövqedən çıxış etmək ənənəsi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR