Bank Of Baku

Azərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək
# 12 mart 2008 10:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda dini ədəbiyyat və dini mövzuda olan audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq qrupunun rəhbəri Alı İsmayılov məlumat verib. Məsələ ilə bağlı agentlik yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə geniş monitorinqlər keçirilməsi nəzərdə tutulur. Alı İsmayılovun sözlərinə görə, monitorinqlər təkcə paytaxtda deyil, əyalətləri də əhatə edəcək: “Baxış zamanı əsərlərin ölkəyə necə gətirilməsi ilə yanaşı, audiovizual məhsullarda yer alan musiqilərin, filmlərin hansı yolla köçürülməsi və yayılması, onların bizim dövlətçiliyə və mentalitetə uyğun gəlməsi məsələsi də araşdırılacaq. Ümumiyyətlə, bir az nəzarətsiz qalan bu sahəyə nəzarət artırılacaq”. Alı İsmayılov onu da bildirib ki, məsələ ilə bağlı birgə hazırlanan iş planı artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR