Bank Of Baku

Şeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Şeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
# 18 mart 2008 11:22 (UTC +04:00)
İdarədən APA-ya daxil olan məlumata görə, A. Paşazadə Novruzun könül xoşluğu, şux və səmimi ovqatla qarşılandığını bildirib: “İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət, qəlblərə saflıq bəxş edən Novruz əsl xalq bayramı, el şənliyi olub xalqımızın tarixi yaddaşında, milli təfəkküründə özəl yer tutur”. Şeyxin təbrikində, həmçinin Novruzun tərəqqi, təkamül rəmzi kimi təkcə təbiətin oyanışını deyil, insanların arzu və ümidlərinin pöhrələnməsini təcəssüm etdirdiyi də qeyd olunub: “Allaha çox şükürlər olsun ki, hər yeni Novruz Yeni gün dövlətimiz və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir və biz ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyuruq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR