Bank Of Baku

Hidayət Orucov: “Ekspertizadan keçirilmədən nəşr olunan dini ədəbiyyatların içində zərərli meylləri təbliğ edən kitablar da var”

Hidayət Orucov: “Ekspertizadan keçirilmədən nəşr olunan dini ədəbiyyatların içində zərərli meylləri təbliğ edən kitablar da var”
# 18 mart 2008 12:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı nəşriyyatların rəhbərləri ilə görüş keçirilib. Komitədən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədə dini durum, dövlətin din siyasəti və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində vəziyyət müzakirə olunub. Komitə sədri Hidayət Orucov Azərbaycan hökumətinin ölkədə dini etiqad azadlığının təmin olunması və qorunmasına böyük əhəmiyyət verdiyini deyib. O bildirib ki, ölkədə nəşr edilən və xaricdən gətirilən dini ədəbiyyat dövlət komitəsində ekspertizadan keçirildikdən, müsbət rəy alındıqdan sonra nəşr olunmalı və yayılmalıdır: “Bəzi nəşriyyatlar dövlət komitəsindən razılıq almadan dini ədəbiyyat nəşr edirlər. Ekspertizadan keçirilmədən nəşr edilən ədəbiyyatların içində əsl dini dəyərlərlə əlaqəsi olmayan, bəsit, zərərli meylləri təbliğ edən kitablar da var. Belə halların qarşısını almaq üçün komitəmiz və nəşriyyatlar əməkdaşlıq etməli, zərərli dini ədəbiyyatın nəşr olunub yayılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR