Bank Of Baku

Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb

Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb
# 19 mart 2008 08:20 (UTC +04:00)
APA-nın İtaliya saytlarına istinadən verdiyi məlumata görə, kardinal Azərbaycanda böyük müsəlman icması ilə kiçik katolik və ortodoks icmalarının yanaşı fəaliyyət göstərdiklərini bildirib: “Orada müsəlman icmasının kilsəyə və Papaya göstərdiyi ehtiram cox yüksək və tərəddüdsüzdür. Azərbaycanda qədim xristian yevangeliyasının izləri hörmətlə qorunub saxlanılır”. Dövlət katibi bəyan edib ki, Azərbaycanda 400-ə yaxın katolik var və iki kilsə - Rus ortodoks və katolik kilsələri mövcuddur: “Bu ölkədə kommunist rejiminin dağıtdığı katolik kilsəsi prezident İlham Əliyevin göstərişi və şeyxülislamın məsləhəti ilə yenidən qurulub. Bu, o deməkdir ki, ölkədə həqiqətən dinc yanaşı yaşama və din azadlığı var. Bu, özünü siyasi sferada da göstərir”. T. Bertone deyib ki, hər kiçik dinin azad fəaliyyət göstərdiyi ölkədə daim əmin-amanlıq mövcud olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR