Bank Of Baku

Azərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq

Azərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq
# 03 aprel 2008 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 7-də Qubanın Rustov kəndində bərpa olunan məscidin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, məscid 1902-ci kərpicdən tikilmiş yerli əhəmiyyətli abidədir.
Məscid Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat İnstitutu tərəfindən bərpa olunub. İ. Hümbətov bildirib ki, məsciddə bərpa işləri Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqustunda verdiyi qərara əsasən aparılıb. Mətbuat katibinin sözlərinə görə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qubada olan Günbəzli hamamın və I Nügədidəki məscidin bərpası da nəzərdə tutulur.
Qeyd edək ki, Qubada ümumilikdə 162 məscid qeydiyyatdadır. Məscidlərdən 1-i dünya, 44-ü ölkə, 117-si isə yerli əhəmiyyətli abidədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR