Bank Of Baku

Azərbaycanın Quba rayonundakı Rustov kənd məscidinin açılışı keçirilib

Azərbaycanın Quba rayonundakı Rustov kənd məscidinin açılışı keçirilib
# 07 aprel 2008 10:32 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Bu gün Qubanın Rustov kəndində 1903-cü ildə tikilən məscidin bərpadan sonra açılışı keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rayon rəhbərliyi və kənd ağsaqqalları iştirak ediblər. Ə. Qarayev çıxışında Rustov kənd məscidinin tarixi baxımdan böyük əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd edək ki, Sovet hakimiyyəti dövründə məsciddən anbar kimi istifadə edilib. Məscidin bərpasına 1987-ci ildə başlansa da, maliyyə çatışmazlığından təmir işləri yarımçıq qalıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2007-ci ildə yenidən məscidin bərpasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR