Bank Of Baku

Strasburqda “Mədəniyyətlərarası dialoqda dini ölçü” mövzusunda konfrans keçirilir

Strasburqda “Mədəniyyətlərarası dialoqda dini ölçü” mövzusunda konfrans keçirilir
# 08 aprel 2008 10:48 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurası Nazirlər Komitəsi adından San-Marino xarici işlər naziri Fiorenzo Stolfinin sədrliyi ilə keçirilən tədbirdə məqsəd Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və tolerantlığa nail olmaq, bununla da Avropa dəyərlərini daha da möhkəmləndirmək və yaymaqdan ibarətdir. Konfransda üç səmavi dinin təmsilçiləri, bu sahənin alimləri, eləcə də AŞ yanında daimi nümayəndəliklərin təmsilçiləri iştirak edirlər. Toplantıda əsasən “Təhsildə dini elementlərin tədrisi və qavranılması”, “Dinin təhsil, demokratik vətəndaşlıq, insan haqları və mədəniyyətlərarası dialoqda rolu” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də iştirakı gözlənilsə də, son anda səfər təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR