Bank Of Baku

BMT-nin baş katibi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşəcək

BMT-nin baş katibi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşəcək
# 08 aprel 2008 12:12 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya daxil olan məlumata görə, görüşdə qurumun sədri Allahşükür Paşazadə də iştirak edəcək. Şeyx bu məqsədlə Moskvaya səfər edib. Moskva və Ümumrusiya patriarxı II Aleksinin, İsrailin baş ravvini Yona Metsgerin, Vicdana Çağırış Fondunun prezidenti Artur Şnayerin, Türkü və Finlandiyanın arxiyepiskopu Yukka Paarmanın, Vatikanın yüksək səlahiyyətli nümayəndəsinin və başqa din xadimlərinin iştirak edəcəyi görüşdə BMT-nin nəzdində Dinlərarası Məşvərət Şurasının yaradılması, dinin müasir cəmiyyətdə yeri, münaqişələrin sülh yolu ilə həllində dinlərarası dialoqun əhəmiyyət və perspektivləri, habelə dinlərarası dialoq üzrə fəaliyyət göstərəcək işçi qrupun yaradılması ilə bağlı müzakirələr aparılacaq.
A. Paşazadə görüşdə məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, BMT yanında Dinlərarası Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə 2006-cı ildə Moskvada keçirilmiş Dini liderlərin ümumdünya sammitində MDB Dinlərarası Şuranın həmsədrləri olan A. Paşazadə ilə II Aleksi çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR