Bank Of Baku

Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşüb

Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşüb
# 10 aprel 2008 09:11 (UTC +04:00)
APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, görüşdə dinlərarası dialoqla bağlı müxtəlif məsələlər müzakirə olunub. MDB Dinlərarası Şurasının həmsədrləri olan II Aleksi və A. Paşazadə Bakıda Dinlərarası Forumun keçirilməsi, eləcə də BMT yanında Dinlərarası Məsləhət Şurasının yaradılması barədə müzakirə aparıblar. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Xəzəryanı və Bakı yepiskopu Aleksandr da iştirak ediblər. Jurnalistlərə açıqlama verən II Aleksi şeyxülislamla aralarında qardaşlıq münasibətləri olduğunu bildirib: “Azərbaycana səfərlərimi xatırlayaraq mən bu ölkədə müxtəlif konfessiyalar arasında xoş münasibətlərin olduğunu və tolerantlığın hökm sürdüyünü söyləyə bilərəm. Bu, daha çox Azərbaycanda böyük nüfuza malik Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin mövqeyi və əməyi sayəsindədir. Azərbaycan bu gün müxtəlif dinlərin nümayəndələri arasında əməkdaşlığa dair nümunə göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR