Bank Of Baku

Şeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib

Şeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib
# 12 aprel 2008 12:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvaya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Paşazadə səfər zamanı bütün Rusiya Patriarxı II Aleksi ilə görüşdüyünü bildirib. QMİ sədri görüşdə qloballaşan dünyada artan təhlükə və təhdidlərin, müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında qarşıdurma yaratma meyllərinin qarşısının yalnız siyasətçilərin səyləri sayəsində alınmasının qeyri-mümkünlüyü haqda müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, görüş zamanı Birləşmiş Millətlər Təşkilatı nəzdində Dinlərarası Məşvərət Şurasının yaradılması ideyası haqda da danışılıb: “Belə bir şuranın yaradılma təşəbbüsü 2006-cı ildə Moskvada keçirilən Dini liderlərin Ümumdünya Sammitində MDB Dinlərarası Sülhyaratma Şurasının həmsədrləri kimi mən və Moskva və bütün Rusiya Patriarxı II Aleksi tərəfindən irəli sürülüb. BMT-nin himayəsində fəaliyyət göstərəcəyi təqdirdə bu şuranın dünya birliyi üçün taleyüklü qərarların qəbul edilməsi prosesində ənənəvi dinlərin liderlərinin müdrik fikir və tövsiyələrinin nəzərə alınmasını təmin etmək məramına xidmət edəcəyi gözlənilir”. Şeyx vaxtilə Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə transfer edilməsinin qarşısının alınması üçün gərgin səylərinə görə II Aleksiyə öz təşəkkürlərini bildirdiyini və Patriarxı Azərbaycana səfər dəvət etdiyini deyib. A. Paşazadə, həmçinin Moskva Patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Smolensk və Kalininqrad mitropoliti Kiril və BMT-nin baş katibi Pan Ki Munla da görüşü haqda məlumat verib. QMİ sədri Pan Ki Munu 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan din xadimlərinin sammitinə də dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR