Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini durum obyektiv təhlil edilməyib”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini durum obyektiv təhlil edilməyib”
# 22 aprel 2008 13:01 (UTC +04:00)
Dövlət Komitəsindən APA-ya daxil olan rəydə bildirilir ki, sözügedən hesabatda Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğu haqda fikirlər yer alsa da, təəssüf doğuran məqamlar da var: “Hesabatda kifayət qədər dəqiqləşdirilməmiş, etibarlı olmayan mənbələrdən götürülmüş və müvafiq qaydada yoxlanılmamış məlumatlar yer alıb. Belə hallar Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Azərbaycanla bağlı əvvəlki illərdəki hesabatlarında da müşahidə olunub. Hesabatda Azərbaycanda dini durum obyektiv təhlil edilməyib, yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb, bundan əvvəlki hesabatda istifadə edilmiş məlumatlar da əksini tapıb. Hesabatda dini icmaların qeydiyyatı ilə bağlı məlumatlar reallığı əks etdirmir və bir çox halda səthi xarakter daşıyır”. Dövlət Komitəsinin rəyində, həmçinin hesabatda bəzi dini icmaların yığıncaqlarının dağıdılması ilə bağlı məsələyə də aydınlıq gətirilib: “Hansısa bir dini qurumun qanunsuz fəaliyyət göstərməsi, yəni hüquqi ünvandan kənarda yığıncaqların keçirilməsi, azyaşlı uşaqların həmin yığıncaqlara cəlb edilməsi, idxalına icazə verilməmiş ədəbiyyatdan istifadə edilməsi və bu kimi qanunsuz hərəkətlərin qarşısını almaq məqsədilə lazımi tədbirlər görülür”. Hesabatda Bakıda “Yeddinci günün adventistləri”, Gəncə və Sumqayıt şəhərlərində isə “Yehovanın şahidləri” dini icmalarının üzvlərinin polis tərəfindən saxlanılması ilə bağlı faktlara gəlincə, Dövlət Komitəsi qanunvericiliyə əsasən, hüquqi şəxsin yalnız daimi fəaliyyət göstərdiyi yerin onun hüquqi ünvanı sayıldığını xatırladıb: “Adı çəkilən icmaların Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş nizamnamələri ilə onların müvafiq fəaliyyət ərazisi müəyyən edilib. Lakin həmin icmalar öz nizamnamələrinin tələblərini pozaraq, nəinki hüquqi ünvandan, hətta fəaliyyət ərazisindən kənarda iş aparır. Bu cür hərəkətlər qanun pozuntusu hesab olunur. Məhz bu səbəbdən yol verdikləri qanun pozuntularına görə adı çəkilən icmaların üzvləri polis tərəfindən saxlanılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR