Bank Of Baku

Azərbaycan pravoslavları 6 kilsədə Pasxa bayramını qarşılamağa hazırlaşırlar

Azərbaycan pravoslavları 6 kilsədə Pasxa bayramını qarşılamağa hazırlaşırlar
# 25 aprel 2008 11:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 27-də dünya pravoslavları müqəddəs Pasxa bayramını qeyd edəcəklər. Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata APA-ya bildirib ki, bu bayram Azərbaycanın 6 pravoslav kilsəsində qeyd olunacaq. Onlardan 3-ü Bakıda, 1-i Gəncədə, 1-i Xaçmazda yerləşir, Qax rayonunda yaşayan pravoslav gürcülər isə öz kilsələrində bayramı qarşılaya biləcəklər. Aprelin 26-dan 27-nə keçən gecə axşam saat 11-də ibadət başlayacaq, gecə yarısı isə Pasxa xaç yürüşü həyata keçiriləcək və Pasxa bayramının başlandığı elan olunacaq. Bayramla bağlı bir həftə ərzində müxtəlif tədbirlər, o cümlədən konsert keçiriləcək. Konstantin Ata Azərbaycanda təxminən 125 min pravoslavın olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR